Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

 Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur
  16 İyul 2020    Oxunub:3699
Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib.

O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.

Azvision.az


Teqlər: MN   Qan   Ehtiyat  





Xəbər lenti