Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi

   Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
  16 İyul 2020    Oxunub:3891
"Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti