Prezidentin köməkçisi orduya dəstək yürüşündən danışdı

Prezidentin köməkçisi orduya dəstək yürüşündən danışdı
  16 İyul 2020    Oxunub:3429
"Qürurverici haldır ki, Azərbaycan cəmiyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yekdil fikir və rəy var. Burada yaşından, peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı həmrəydir".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Qarabağ Azərbaycandır və bütün işğal olunmuş torpaqlarımız Ermənistanın işğalından azad olunmalıdır:

"Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan cəmiyyətində, Azərbaycan xalqında yekdil fikir var. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır təcavüzü və işğalı davam edir. Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar öz real nəticələrini verməyib. Ermənistanın işğalçılıq siyasətinə münasibətdə beynəlxalq ictimaiyyət tərəfindən zəruri cavabların olmaması, Ermənistanın cəzalandırılmaması Ermənistanı yeni provakasiyalara, təxribatlara doğru sürükləyir. Ən vacibi Azərbaycan xalqının iradəsi, mövqeyidir ki, orduya dəstək yürüşü zamanı ölkə ictimaiyyəti xalqımızın, dövlətimizin Ali Baş Komandanın rəhbərliyi altında bu məsələdə yekdil olduğunu bir daha nümayiş etdirdi".

H.Hacıyev bildirib ki, Ermənistanda yaşlı insanlar təmas xəttinə cəlb edilib: “Bu, Ermənistanda mövcud olan demokrafiq problemin tərkib hissəsidir. Azərbaycanda bu qəbildən olan problemlər yoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti