159 azərbaycanlı Daşkənddən Bakıya gətirildi - FOTO

159 azərbaycanlı Daşkənddən Bakıya gətirildi -  FOTO
  17 İyul 2020    Oxunub:3901
Azərbaycanın milli aviadaşıyıcısı (c) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀



Xatırladaq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.





Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti