Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 68-ə çatdı

Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 68-ə çatdı
  17 İyul 2020    Oxunub:3842
Azərbaycanda koronavirusla bağlı 16 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8722 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 601 min 500-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 345, süni tənəffüs cihazında olan xəstə sayı 68-dir.

Hazırkı dövrədək ölkəmizdə 26 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 min 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8575 nəfərdir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Xəstəxana  





Xəbər lenti