Şəkidə karantin rejimini pozanlar cərimələnib

Şəkidə karantin rejimini pozanlar cərimələnib
  17 İyul 2020    Oxunub:2939
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, istər nəqliyyat vasitəsilə, istərsə də piyada hərəkət edən vətəndaşlar polis əməkdaşları tərəfindən planşet vasitəsilə yoxlanılır. Həmçinin, sakinlərlə profilaktik söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılır.

Müvafiq icazələri olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən şəxslər aşkarlandıqda onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnirlər.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti