Jurnalistika ilə yanaşı diplomatiya sahəsi ilə maraqlanır. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Bundan əlavə, Avropa Şurası Bakı Siyasi Biliklər Məktəbinin məzunudur.
Mütaliəni, musiqini və idmanı çox sevir. Fitness və üzgüçülüklə məşğuldur.
Ən böyük arzusu böyük tennislə məşğul olmaqdır. Ekstremal vəziyyətləri çox sevir.
Çətinliklərdən qorxmur. Bütün insanları sevir. Kin, paxıllıq, nifrət hissini ürəyinə yaxın buraxmır. Hesab edir ki, bunlar insanı daxildən məhv edən məqamlardır. Deyir, bəzən xoşbəxt olmaq üçün adi bir təbəssüm, şirin bir söz belə kifayət edə bilər insana.
Həyat devizi “Nə baş verirsə, yaxşılığa doğru” olan Günay deyir ki, artıq müəyyən həyat və iş təcrübəsi ona hər işdə bir xeyir olduğuna inanmağı öyrədib.
Fotolar Elnur Abdullanındır
Milli Geyimləri təqdim etdiyinə görə Modelyer – dizayner Gülnarə Xəlilovaya təşəkkür edirik.