Bir yaz Günayı – FOTOSESSİYA

  18 Mart 2013    Oxunub : 6269
Bir yaz Günayı – FOTOSESSİYA
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
On yeddinci qonağımız “Lider TV”-nin xəbər aparıcısı Günay Yelmarqızıdır.
Hüseynova Günay Yelmar qızı 1981-ci ildə anadan olub. Oğlaq bürcündəndir. Jurnalist karyerasına 1999-cu ildə başlayıb. 2002-ci ildən televiziyada çalışır. Hazırda Lider Televiziyasında Səda İnformasiya Xidmətində aparıcı və analitik qrup rəhbərinin müavinidir.

Jurnalistika ilə yanaşı diplomatiya sahəsi ilə maraqlanır. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Bundan əlavə, Avropa Şurası Bakı Siyasi Biliklər Məktəbinin məzunudur.
Mütaliəni, musiqini və idmanı çox sevir. Fitness və üzgüçülüklə məşğuldur.
Ən böyük arzusu böyük tennislə məşğul olmaqdır. Ekstremal vəziyyətləri çox sevir.
Çətinliklərdən qorxmur. Bütün insanları sevir. Kin, paxıllıq, nifrət hissini ürəyinə yaxın buraxmır. Hesab edir ki, bunlar insanı daxildən məhv edən məqamlardır. Deyir, bəzən xoşbəxt olmaq üçün adi bir təbəssüm, şirin bir söz belə kifayət edə bilər insana.
Həyat devizi “Nə baş verirsə, yaxşılığa doğru” olan Günay deyir ki, artıq müəyyən həyat və iş təcrübəsi ona hər işdə bir xeyir olduğuna inanmağı öyrədib.

Fotolar Elnur Abdullanındır

Milli Geyimləri təqdim etdiyinə görə Modelyer – dizayner Gülnarə Xəlilovaya təşəkkür edirik.

Foto


Teqlər: