“Bakı və İrəvan müxtəlif təşəbbüslərlə çıxış edir” - Zaxarova

  “Bakı və İrəvan müxtəlif təşəbbüslərlə çıxış edir” -    Zaxarova
  24 İyul 2020    Oxunub:3557
Rəsmi İrəvan və Bakı atəşkəsin möhkəmləndirilməsi, danışıqlar prosesinin intensivləşdirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir. Biz bunları tərəflərlə müzakirə edirik.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (DİN) mətbuat katibi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın qarşısını almaq üçün konkret addımlar atır.

"Ötən həftə bölgədəki vəziyyət Minsk qrupunun iclasında, daha sonra bütün üzvlərin iştirakı ilə ATƏT Daimi Şurasında müzakirə edildi. Minsk qrupu həmsədrləri tərəflərlə daim əlaqə saxlayır", - deyən Zaxarova ümid edir ki, beynəlxalq səyahət məhdudiyyətləri aradan qaldırıldıqdan sonra münaqişənin həllinə dair mövzuları əsaslı şəkildə işləmək imkanı yaranacaq.

Azvision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti