25-26 iyulda koronavirus testlərinin cavabı səhv göndərilib

25-26 iyulda koronavirus testlərinin cavabı səhv göndərilib
  26 İyul 2020    Oxunub:16777
25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Azvision.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

Azvision.az


Teqlər: Koronavirus   Test  





Xəbər lenti