DTX: “Belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyəti yoxdur”

      DTX:    “Belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyəti yoxdur”
  27 İyul 2020    Oxunub:11462
Bəzi internet resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq, sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

Qeyd olunub ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

Azvision.az


Teqlər: DTX  





Xəbər lenti