“Quli” 3 kq narkotiklə tutuldu - FOTO

“Quli” 3 kq narkotiklə tutuldu -  FOTO
  28 İyul 2020    Oxunub:4250
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Azvision.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb.

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.

Faktla bağlı Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti