Ceyms Uorlik: “Bölgədə xaos görmək istəmirik”

  Ceyms Uorlik:  “Bölgədə xaos görmək istəmirik”
  28 İyul 2020    Oxunub:4351
Dünyada ABŞ-ın hazırkı rəhbərliyinin üzləşdiyi bir çox ciddi problemlər var. Hesab edirəm ki, Cənubi Qafqaz, Ermənistan və Azərbaycanla bağlı məsələlərə prioritet olaraq baxılmır.
Azvision.az xəbər verir ki, bunu "Amerikanın səsi"nə müsahibəsində ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Bununla belə, sabiq diplomat əlavə edib ki, münaqişə kəskinləşəndə, itkilər olduqda administrasiya buna ciddi yanaşır.

"ABŞ sülhdə maraqlıdır. ABŞ sabitlikdə maraqlıdır. Bölgədə bir çox səbəbə görə xaos görmək istəmirik. Rusiya da cənub sərhədləri boyunca xaos görmək istəmir. Rusların nizamlanmada maraqlı olmadığına dair bir fikir var, amma həqiqət ondadır ki, onların çoxlu problemləri var və sərhədlərində qeyri-sabitlik istəmirlər. Bu, ABŞ, Rusiya və Fransanın sıx əməkdaşlıq etdiyi bir bölgədir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti