“Ölkə dərin iqtisadi böhran içərisindədir” - Erməni deputat

  28 İyul 2020    Oxunub : 2875
 “Ölkə dərin iqtisadi böhran içərisindədir” -  Erməni deputat
"Parlaq Ermənistan" partiyasının lideri və eyniadlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan Ermənistanın Statistika Komitəsinin dərc etdiyi göstəricilərin həqiqəti əks etdirmədiyini söyləyib.
Azvision.az xəbər verir ki, Marukyan rəqəmlərin saxtalaşdırıldığını düşünür.

“Rəqəmləri saxtalaşdırmaqda davam edirlər. Ermənistan Statistika Komitəsi tərəfindən dərc edilmiş, 2020-ci ilin birinci yarısındakı sosial-iqtisadi vəziyyətin icmal məlumatlarına görə, iqtisadi geriləmə 4.7% təşkil edib. Sənaye istehsalının həcmi 1,5%, ümumi kənd təsərrüfatı istehsalının həcmi 1.7% artıb. Tikintidə eniş 23,4%, ticarət dövriyyəsi 11,1% azalıb, xidmətlərin həcmi (ticarət xaric) 6.4%, ixrac 6.5%, idxal 12.9% azalıb.

Bunlar dərc edilmiş rəsmi məlumatlar və qısası, mən bu rəqəmlərə inanmıram. Çünki ölkə dərin iqtisadi böhran içərisindədir və bunun nəticələri, göründüyü kimi rəqəmlərdə əks olunmur. Buna görə göstəricilər yenidən saxtalaşdırılmağa davam edir”, - Marukyan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: EdmonMarukyan