“Paris Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək” - XİN rəhbəri

  29 İyul 2020    Oxunub : 1948
“Paris Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək” -  XİN rəhbəri
Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün hər cür səy göstərəcək.
Azvision.az xəbər verir ki, bunu Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ölkə parlamentindəki çıxışı zamanı deyib.

Nazir Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin narahatlıq doğurduğunu, xüsusən qarşıdurmaların Qarabağda deyil, dövlət sərhədində baş verdiyini söyləyib.

"Hərbi həll ola bilməz. Siyasi həll yolu tapılmalıdır. Ümid edirəm ki, bunu etmək mümkün olacaq", - deyə XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Paris məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək. Nazir onu da xatırladıb ki, Fransa Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT-inMinskQrupu   Fransa   Qarabağ