“ABŞ digər ölkələrə də koronavirus peyvəndi verəcək” - Tramp

 “ABŞ digər ölkələrə də koronavirus peyvəndi verəcək” -  Tramp
  29 İyul 2020    Oxunub:2320
ABŞ hakimiyyəti yeni növ koronavirusa qarşı peyvəndi digər ölkələrə də tədarük edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

Tramp bildirib ki, peyvəndi əldə etdikdən sonra, onu digər ölkələrə də yayacaqlar: “Bu, bütün ölkə daxilində çox sürətli bir proses olacaq. Ola bilsin ki, süni ventilyasiya aparatlarında olduğu kimi, dünyanın digər hissələrinə də çox miqdarda peyvənd tədarük edək".

Onun sözlərinə görə, vaksin üçün lazım olan materialların istehsalı ABŞ-da əhəmiyyətli dərəcədə artıb.

"Peyvənd təsdiq olunduqda, biz 100 milyon dozanı tez bir zamanda istehsal etməyə hazırlaşırıq. Bu, çox qısa müddətdə baş verə bilər. Və bundan sonra 500 milyon doza...", - deyə ABŞ lideri vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti