Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının yeni tərkibi

Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının yeni tərkibi
  29 İyul 2020    Oxunub:2589
AMEA Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Müşahidə Şurasının katibi təyin edilib.

Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.

Azvision.az


Teqlər: Yüksək-Texnologiyalar   Park   AMEA  





Xəbər lenti