Bu gün Neftçalada qaz olmayacaq

Bu gün Neftçalada qaz olmayacaq
  29 İyul 2020    Oxunub:2941
“Neftçala 1 və 2” ölçü qovşağından qidalanan, rayonun mərkəzini və kəndlərini təbii qazla təmin edən 12 km uzunluğa malik qaz xəttində kipliyə sınaq işlərinin aparılması nəzərdə tutulur.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, bu iş diametri 200 mm olan polietilen “Surra Tatarməhəllə” orta təzyiqli yeraltı qaz kəmərində icra olunacaq. Texniki prosesin tənzimlənməsi üçün bir qrup abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb. Yaxın zamanda işlər tamamlanan kimi qaz təminatı bərpa olunacaq.

Qeyd edək ki, kipliyə sınaq işləri payız-qış mövsümünə hazırlıq məqsədilə icra edilir. Bu, əsasən də kəmərlərdə qaz sızmalarının olub-olmaması və kənar müdaxilələrin aşakarlanması üçün vacib texniki proseslərdəndir.

Azvision.az


Teqlər: Neftçala  





Xəbər lenti