Bəzi rayonlara yağış yağıb, külək güclənib

   Bəzi rayonlara yağış yağıb, külək güclənib
  29 İyul 2020    Oxunub:3581
İyulun 29-u saat 15:00-a olan məlumata əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Azvision.az


Teqlər: Hava   ETSN   Külək  





Xəbər lenti