“ABŞ Ermənistana xəbərdarlıq etməlidir” - Hulusi Akar

  29 İyul 2020    Oxunub : 6460
“ABŞ Ermənistana xəbərdarlıq etməlidir” -   Hulusi Akar
Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda fəaliyyət göstərən Türk Miras Təşkilatının onlayn qaydada keçirdiyi iclasda bildirib.

Nazir qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistana hərbi hücumlardan çəkinməsi və münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməlidir.

Azvision.az

Teqlər: HulusiAkar