Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı

 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu,    622 nəfər sağaldı
  29 İyul 2020    Oxunub:5445
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, aktiv xəstə sayı 6 288 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Qəragah  





Xəbər lenti