Reanimasiyada olan xəstələrin sayı getdikcə azalır

   Reanimasiyada olan xəstələrin sayı getdikcə azalır
  29 İyul 2020    Oxunub:3023
Azərbaycanda koronavirusla bağlı 29 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 9817 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 708 min 632-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 285, süni tənəffüs cihazında olan xəstə sayı 67 nəfərdir. Son günlər reanimasiyada (dünən 299 nəfər olub) və süni tənəffüs cihazında olan xəstələrin (dünən 73 nəfər olub) sayında azalma müşahidə edilir.

Hazırkı dövrədək ölkəmizdə 31 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 24 min 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib. Aktiv xəstə sayı 6288 nəfərdir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti