Koronavirusa yoluxanların sayı 17 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 17 milyonu keçdi
  30 İyul 2020    Oxunub:3104
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 17 milyon nəfəri ötüb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 17 milyon 39 min 592, pandemiya qurbanlarının sayı isə 666 min 215 nəfərə çatıb.

İndiyədək 10 milyon 562 min 731 insan xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti