Bakıda "Ford" yanıb, xəsarət alan var

Bakıda "Ford" yanıb,  xəsarət alan var
  30 İyul 2020    Oxunub:2449
Bakı şəhərinin Səbail rayonunda "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Maşın   Yanğın   FHN  





Xəbər lenti