“Paşinyan hökuməti səhvlərini etiraf etməlidir” - Koçaryan

 “Paşinyan hökuməti səhvlərini etiraf etməlidir” -  Koçaryan
  30 İyul 2020    Oxunub:1957
“Hökumətin açıqlamaları mənim üçün inandırıcı deyil”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan yerli mətbuata müsahibəsində bildirib. Onun sözlərinə görə, statistika nikbin olmağa əsas vermir.

“Statistikaya baxıram və nikbinlik mənbəyini görmürəm. Hətta Mərkəzi Bankın proqnozlarına görə, Ermənistan iqtisadiyyat 4-5% tənəzzülə uğrayacaq", - Koçaryan deyib.

Keçmiş prezident əlavə edib ki, ölkədə heç nəyin yaxşı olmayacağı birmənalıdır.

"Söhbət bunun nə dərəcədə pis olmasından gedir və bütün məsələlərdə hökumətin effektivliyi çox vacibdir", - deyən Koçaryan qeyd edib ki, hökumət səhvlərini etiraf etməlidir:

“Səhvlərinizi etiraf etməsəniz, səhvlərinizdən heç vaxt öyrənməyəcəksiniz. Belə görünür ki, bu insanlar heç vaxt səhvlərini qəbul etməyəcəklər və bu, komplekslərin nəticəsidir. Yalnız güclü insan etiraf edir ki, bəli, səhv edib”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti