Karantin postlarından 400-ə yaxın maşın geri qaytarıldı

  30 İyul 2020    Oxunub : 1741
 Karantin postlarından 400-ə yaxın maşın geri qaytarıldı
İyulun 29-da karantin postlarından 400-ə yaxın avtomobil geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a bildirilib ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, SiyəzənŞəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 29.07.2020-ci il saat 00:00-dan 30.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 80-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb.

Ümumilikdə 390 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az

Teqlər: DYP   Avtomobil