Fukusimada güclü partlayış: Ölən və yaralılar var
Məlumata görə, partlayış nəticəsində bir restoran tamamilə dağılıb, eyni zamanda qonşu binalara da ziyan dəyib.
Polisin bildirdiyinə görə, bu ilin aprel ayından bəri koronavirus səbəbiylə yapon mətbəxini təqdim edən restoran bağlanıb. Sahibləri binanı təmir etmək qərarına gəliblər. Restoran təmirdən sonra cümə günü yenidən açılacaqdı.
Yanğınsöndürənlər deyiblər ki, binada altı propan balonu olub, onlardan üçünün kranı qırılıb. Partlayışın bu səbəbdən baş verdiyi güman edilir.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: partlayış