Mərkəzi Bank uçot dərəcəsini azaltdı

  30 İyul 2020    Oxunub : 2122
   Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq.

Azvision.az

Teqlər: AMB   Faiz