“Ermənilər azərbaycanlıları vandalizmlə qorxutmaq istəyirdi” - Komitə sədri

“Ermənilər azərbaycanlıları vandalizmlə qorxutmaq istəyirdi” -    Komitə sədri
  30 İyul 2020    Oxunub:3786
Los-Anceles, Brüssel, Varşava, Niderland və Haaqada ermənilər tərəfindən təxribatlar həyata keçirildi. Onlar vandalizm hərəkətləri göstərərək səfirliklərimizi daş-qalaq etmişdilər, vətəndaşlarımıza təzyiqlər göstərib, xəsarətlər yetirmişdilər.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, həmin ölkələrin nümayəndəlikləri gördülər ki, ermənilərin insanlara qarşı törətdiyi cinayətlərin kökündə “millətçi” yanaşmaları durur.

“Açıq-aşkar görünür ki, ermənilər vandalizm aktı törədərək vətəndaşlarımızı qorxutmaq istəyirdilər. Lakin soydaşlarımız lazımi cavabı verdi və bundan sonra da 10 qat cavab veriləcək. Bizim soydaşlarımız sülhpərvər olduğumuzu ,qaydalara, qanunlara riayət etdiyimizi göstərdilər. Lakin ermənilərin bizim səfirliklərin qarşısında keçirdiyi tədbirlər qeyri-qanuni idi. Bizim aksiyalar üçün 79 müraciət edilmişdi. 68 aksiya icazəli keçirilmişdi”.

F.Muradov bildirib ki, Los-Ancelesdəki hadisəyə görə artıq erməni icmasından həbs olunanlar var.

“Brüssel, Haaqa və Varşavada proseslər gedir. İlk belə təxribatlar Varşavada olub. Bu, yeni məsələ deyil. Ermənilər tərəfindən terrorçu qruplar fəaliyyət göstərir və biz bunu nəzərə almalıyıq. Soydaşlarımız bundan çəkinməyib, haqq səsimizi demişik və deyəcəyik”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təxribat   Aksiya   Erməni  





Xəbər lenti