Erməni təxribatları nəticəsində 53 soydaşımız xəsarət alıb

 Erməni təxribatları nəticəsində 53 soydaşımız xəsarət alıb
  30 İyul 2020    Oxunub:3694
Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Niderland, Belçika, Polşa, ABŞ, Rusiya və Ukraynada vətəndaşlarımız xəsarət alıblar.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, xəsarət alan şəxslərin vəziyyəti stabildir.

“Onların hər biri ilə əlaqədəyik. Ukraynada tələbələrlə bağlı məsələ nəzarətə götürülüb və araşdırma aparılır. Bizim səfirliyimiz də bu işlə məşğuldur. Erməni təxrinatları nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları, həmin ölkədə oturum alanlar və bu ölkələrin vətəndaşları da var. Belçikada xəsarət alanların bir neçəsi Belçika və Niderland vətəndaşlarıdır. Vəkillərlə məsləhətləşmələr aparılır, istintaq davam edir. Bütün işlər nəzarətimizdədir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təxribat   Aksiya   Komitə  





Xəbər lenti