“AzerGold” Şadax kəndinə yeni su xətti çəkib - FOTO

“AzerGold” Şadax kəndinə yeni su xətti çəkib -    FOTO
  30 İyul 2020    Oxunub:2482
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət göstərdiyi “Çovdar” filiz emalı sahəsinə yaxınlıqda yerləşən kəndlərdə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində daha bir addım atıb.
QSC-dən Azvision.az -a verilən məlumata görə, Daşkəsən rayonunun Şadax kəndinin sakinlərinin müraciəti əsasında yaşayış məntəqəsinə yaxın mənbədən götürülən su nümunələrinin tərkibi müvafiq laboratoriyada yoxlanılaraq standartlara uyğunluğu təsbit edildikdən sonra yeni su xəttinin çəkilməsi və bulağın inşa edilməsi ilə bağlı qərar qəbul edilib.



Qərarə əsasən, Cəmiyyət tərəfindən suyun mənbə hissəsində toplanması məqsədilə ərazidə 15 m³ tutumlu xüsusi anbar inşa edilib. Daha sonra təqribən 2000 metr məsafədən su xəttinin çəkilməsi və yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verib.

Qeyd edək ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hərkəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə əlavə töhfə vermək məqsədi daşıyır.



Ümumilikdə, “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip tədbirlər sosial yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir. Xatırladaq ki, ötən ilin aprel ayında ayında Cəmiyyət tərəfindən Daşkəsən rayonunun Çaykənd kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətti çəkilib.





Azvision.az


Teqlər: AzerGold   Daşkəsən   Su  





Xəbər lenti