Miqrasiya Xidmətinə müraciət etmək istəyənlərin nəzərinə!

Miqrasiya Xidmətinə müraciət etmək istəyənlərin nəzərinə!
  30 İyul 2020    Oxunub:2100
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, eləcə də Qurban bayramı və həftə sonu istirahət günləri ilə əlaqədar 31 iyul – 3 avqust tarixlərinin qeyri-iş günləri olduğunu nəzərə alaraq, Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi həmin tarixlərdə məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək.
DMX-dan Azvision.az -a verilən məlumata görə, təcili olmadığı təqdirdə, suallarınızı Çağrı Mərkəzinə 4 avqust tarixindən etibarən ünvanlamağınızı xahiş edirik.

Bununla yanaşı, sizi maraqlandıran sualları Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərsiniz. Həmçinin qeyd olunan qeyri-iş günlərində Xidmətə müraciətlər elektron xidmətlər vasitəsilə edilə bilər (keçid üçün link: https://eservice.migration.gov.az/?lang=az).

Azvision.az



Teqlər: DMX  





Xəbər lenti