“Biz dostları və düşmənləri yaxşı tanıdıq” - Fuad Muradov

 “Biz dostları və düşmənləri yaxşı tanıdıq” -  Fuad Muradov
  30 İyul 2020    Oxunub:2515
Özlərini xaricdə azərbaycanlı kimi göstərən kiçik qruplar var ki, onların fikirləri ermənilərlə üst-üstə düşür.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, xaricdəki müxtəlif qruplar Azərbaycanda siyasi çaxnaşma, hərc-mərclik olmasını istəyir.

“Bu qüvvələrin məqsədi ölkənin Yaxın Şərq vəziyyətinə salınmasıdır. Onlar Azərbaycanın xeyrinə heç nə etmirlər. Qeyri-nümunəvi sözlərdən istifadə edirlər. Biz onlara da deyirik ki, Azərbaycanın haqq yolunu dəstəkləsinlər. Bu gün Azərbaycana xaricdən olan dəstək göz qabağındadır. Biz bu dövrdə dostları və düşmənləri də yaxşı tanıdıq. Bu baxımdan Prezident İlham Əliyevin siyasəti nümunəvi siyasət kimi təbliğ olunmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Diaspora  





Xəbər lenti