COVID-19-dan sağalanların sayı 25 mini keçdi

COVID-19-dan sağalanların sayı 25 mini keçdi
  30 İyul 2020    Oxunub:2394
Azərbaycanda bu günədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, indiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, aktiv xəstə sayı 5951 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus   Sağalan  





Xəbər lenti