Eskalasiyanın qarşısını almaq üçün bütün səyləri göstərdik - Rusiya XİN

 Eskalasiyanın qarşısını almaq üçün bütün səyləri göstərdik -  Rusiya XİN
  30 İyul 2020    Oxunub:2230
Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında eskalasiyanın qarşısını almaq üçün bütün səyləri göstərdi.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat İdarəsi rəhbərinin müavini Aleksey Zaytsev deyib.

O bildirib ki, Rusiya dost Ermənistan və Azərbaycanın sərhədində bu yaxınlarda vəziyyətin gərginləşməsindən çox narahat idi.

“Əminik ki, uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq aləmdəki digər ixtilaflar kimi, yalnız diplomatik danışıqlar, sülh yolu ilə həll edilməlidir. Bizim ATƏT-in Minsk Qrupunun digər həmsədrləri - ABŞ, Fransa, habelə, BMT, MDB və digər beynəlxalq təşkilatlarla bölüşdüyümüz mövqeyimiz dəyişməzdir".

XİN nümayəndəsi deyib ki, eskalasiyanın qarşısını almaq üçün bütün lazımi səylər bölgədəki əsas tərəfdaşlarla operativ qarşılıqlı əlaqə vasitəsilə həyata keçirildi.

"Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə telefon danışıqları zamanı bir daha hər hansı yanaşma üçün Bakı və İrəvandan dəstək təminatını aldı, Türkiyə tərəfi ilə regionda, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövcud vəziyyəti əsaslı şəkildə müzakirə etdik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RusiyaXariciİşlərNazirliyi  





Xəbər lenti