General Polad Həşimovun xatirəsi əbədiləşdirilir
Prezident İlham Əliyev icra hakimiyyətinin başçısına tapşırıq verib ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. “Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız”, - deyə dövlətimizin başçısı bildirib.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev