Bakı küçələri yenidən dezinfeksiya ediləcək

 Bakı küçələri yenidən dezinfeksiya ediləcək
  31 İyul 2020    Oxunub:3022
Avqust ayının 1-də səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Azvision.az -a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Azvision.az


Teqlər: BŞİH   Dizenfeksiya  





Xəbər lenti