Belarus "Vaqner"çilərin adını Ukraynaya verdi

Belarus "Vaqner"çilərin adını Ukraynaya verdi
  31 İyul 2020    Oxunub:3230
Belarus ölkədə saxlanılan rusların siyahısını Ukraynaya verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların Donbassdakı döyüşlərdə iştirakı ilə bağlı yoxlama aparır.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.

"Belarus tərəfindən tutulan vətəndaşların siyahısını aldıq. Belarus Xarici İşlər Nazirliyi bu şəxslərin dövlətimizdə cinayət törətdiklərini və hərbi əməliyyatlarda iştirak etdiyini yoxlamaq üçün göstərilən sənədin Ukraynanın səlahiyyətli orqanlarına verilməsini istəyib".

O qeyd edib ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları siyahı üzərində fəal işləyirlər.

"Ukrayna vətəndaşlarının sayına gəldikdə, indi onlardan yeddi olmadığını dəqiq deyə bilərəm", -deyən Kuleba hüquq-mühafizə orqanlarının əməkdaşlarının bütün məhbusların Ukrayna vətəndaşlığını yoxlayacağını bildirib.

Nazir, həmçinin xatırladıb ki, Ukraynada ikinci vətəndaşlıq almaq imkanı yoxdur və Ukrayna pasportu olan hər kəs Ukrayna vətəndaşıdır. Belarus Ukraynaya qarşı heç bir ittiham irəli sürməyib.

Qeyd edək ki, Belarus KİV-ləri hüquq-mühafizə orqanlarındakı adı açıqlanmayan mənbəyə istinadən xarici özəl şirkət olan "Vaqner"ın 32 döyüşçüsünün Minsk yaxınlığında, bir nəfərin isə ölkənin cənubunda tutulduğunu yayıb. Agentliyin bildirdiyinə görə, onların hamısı ruslardır. Daha sonra Rusiya səfirliyi Belarusiya Xarici İşlər Nazirliyindən 32 rusiyalının tutulduğuna dair rəsmi bildiriş aldığını açıqlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti