Türkiyənin serial biznesi – 150 milyon qazanc

Türkiyənin serial biznesi – 150 milyon qazanc
  21 Yanvar 2014    Oxunub:2542
İstehsal və texniki cəhətdən səviyyəsi hər gün artan Türkiyənin serial sektoru artıq dünyanın 50-dən çox ölkəsinə daxil olmağı bacarıb. Belə ki, artıq ötən il seriallardan Türkiyə 150 milyon dollar gəlir əldə edib.

AzVision.az xəbər verir ki, Baş Nazirliyin İctimai Diplomatiya Koordinatorluğunun verdiyi məlumata görə, Türkiyə 10 il əvvəl filmləri, serial və yarışmaları, eləcə də əyləncə proqramlarının formatlarının təxminən hamısını xaricdən alırdı. Lakin, 2000-ci illərin ortalarından etibarən televiziya sektorunda meydana gələn productionlar həm zəngin ssenarisi ilə həm də serialların texniki keyfiyyətləri ilə xarici ölkələrlə rəqabətə girə bilir.

Türk serialları 54 ölkəyə ixrac edilir

Səviyyəli işləri ilə beynəlxalq bazarda ön plana çıxan Türkiyənin serial sektoru bu gün Ortaşərqdən Balkanlara, Orta Asiyadan Cənubi Amerikaya qədər bir çox ölkələrdə yayımlanır. 2013-cü ildə ilk dəfə türk serialları Ukrayna, Pakistan, Rusiya və Çin bazarına daxil ola bilib.

Dünyada ən çox baxılan və diqqət cəlb edənlər arasında “Muhtəşəm Yüzyıl, “Fatmagülün suçu nə” “Adını Feriha Koydum” və “Aşk-ı Memnu” kimi seriallar yer alır. Dünyada ən çox izlənilən seriallar arasına daxil olan “Gümüş” serialının finalına sadəcə Orta Şərqdə 84 milyon insan baxıb.

Bu gün xaricə satılan serialların hər bölümü üçün 500-200 000 dollar pul istənilir

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, beynəlxalq bazara çıxdığı ilk günlərdə hər bölüm üçün 35-50 dollar pul alınırdı. Lakin bu gün xaricə satılan serialların hər bölümü üçün 500-200 000 dolar pul istənilir. 2013-cü ilin sonuna qədər Türkiyənin illik serial ixracatı ümumilikdə 150 milyon dolları keçib.

Türk seriallarının yayımlandığı ölkələr:

Əfqanıstan, Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bosniya və Herseqovina, Bruney, Bolqarıstan, Əl-Cəzair, , Çexiya, Çin, İndoneziya, Estoniya, Morokko, Gürcüstan, Xorvatiya, İraq, İran, İsveç, İsveçrə, Yaponiya, Çernoqoriya, Qətər, Qazaxıstan, Cənubi Koreya, Kosovo, Küveyt, Latviya, Libya, Litva, Livan, Macarıstan, Makedoniya, Malayziya, Misir, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, Suriya, Tayland, Tayvan, Tunis, Ukrayna, Oman, İordaniya, Vyetnam, Yəmən, Yunanıstan

Xaricdə yayımlanan seriallar:

“Adını Feriha Koydum, Annem, Arka Sokaklar, Asi, Aşk-ı Memnu, Azad, Benden Baba Olmaz, Berivan, Bir Bulut Olsam, Bütün Çocuklarım, Candan Öte, Çemberimde Gül Oya, Düğün Şarkıcısı, Elveda Derken, Fatmagülün Suçu Ne, Fırtına, Gece Gündüz, Genco, Geniş Zamanlar, Gümüş, Hanımın Çiftliği, Haziran Gecesi, Ihlamurlar Altında, İki Aile, Kampusistan, Kavak Yelleri, Kaybolan Yıllar, Keşanlı Ali Destanı, Kınalı Kar, Kod Adı, Kurtlar Vadisi, Kuzey Güney, Küçük Kadınlar, Küçük Sırlar, Menekşe ile Halil, Muhteşem Yüzyıl, Öyle Bir Geçer Zaman Kİ, Sağır Oda, Sonbahar, Türkan, Unutabilsem, Vazgeç Gönlüm, Yaprak Dökümü, Yılan Hikayesi, Yol Arkadaşım, Zoraki Koca”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti