Hərbi qulluqçumuz xəstəlikdən vəfat edib - FOTO

   Hərbi qulluqçumuz xəstəlikdən vəfat edib -    FOTO
  31 İyul 2020    Oxunub:3833
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!



Azvision.az


Teqlər: Hərbçi   Vəfat  





Xəbər lenti