“Minskdə saxlanılan ruslar qanunsuz hərəkət etməyiblər” - Peskov

 “Minskdə saxlanılan ruslar qanunsuz hərəkət etməyiblər” -  Peskov
  31 İyul 2020    Oxunub:3374
“Belarusda saxlanılan ruslar qanunsuz hərəkət etməyiblər və bütün lazımi sənədləri var”.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslər heç bir qanunsuz hərəkətə yol verməyiblər: “Bizə məlum olan, dəqiq bildiyimiz budur".

Peskov saxlanılan şəxslərin özəl təhlükəsizlik şirkətinin işçiləri olduğunu qeyd edib və vurğulayıb ki, onların İstanbula biletləri olub, lakin təyyarəyə gecikdikləri üçün Belarusda yerləşiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Minskdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 30-dan çox əməkdaşı saxlanılıb, onlara cinayət işi açılıb. “Vaqner”in əməkdaşları kütləvi iğtişaşlar törətməyi planlaşdırmaqda günahlandırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Peskov  





Xəbər lenti