ÜST: Azərbaycanda ciddi irəliləyiş var

      ÜST:    Azərbaycanda ciddi irəliləyiş var
  31 İyul 2020    Oxunub:3460
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının cari missiyasının yekun rəylərinə əsasən, mart ayında gələn ÜST-ün missiyanın tövisiyyəsinin böyük hissəsi yerinə yetirlir və böyük irəliləyiş var.

“Bu missiyanın tövsiyələri təkmilləşdirməkdə olan sahələrin inkişafına kömək edəcək. ÜST-nin 10 günlük missiyası Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsinin və test strategiyasının gücləndirilməsini tövsiyə edir. Bu həftə ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir. Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi”.

H.Harmancı qeyd edib ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜST   Tövsiyə   Hande-Harmanci  





Xəbər lenti