ÜST Azərbaycanla bağlı 58 tövsiyə hazırlayıb

   ÜST Azərbaycanla bağlı 58 tövsiyə hazırlayıb
  31 İyul 2020    Oxunub:3073
“ÜST-nin mart ayında ölkəyə səfər etmiş missiyası 58 tövsiyə hazırlayıb və bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib".
Azvision.az xəbər verir ki, bunu missiyanın rəhbəri, ÜST-nin Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz qeyd edib.

Onun sözlərinə görə, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır.

“Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcək. Missiya çərçivəsində ÜST-nin Avropa Ofisindən epidemioloji nəzarət, məlumatların idarə edilməsi, səhiyyə müəssisələrinin idarə edilməsi və risk kommunikasiyası sahələri üzrə mütəxəssislər yerli səhiyyə qurumları və mütəxəssislərlə birlikdə dəyişiklikləri qiymətləndirmək və ölkənin mübarizə mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq sahələri müəyyənləşdirmək üzərində birgə çalışıblar. Mütəxəssislər müşahidələr aparmaq və məlumat əldə etmək üçün Bakı, həmçinin Şamaxı və Gəncə bölgələrindəki ilkin səhiyyə xidməti mərkəzlərini və xəstəxanaları ziyarət ediblər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Azərbaycan   Tövsiyə  





Xəbər lenti