Karantin rejimi yumşaldılacaq? - AÇIQLAMA

   Karantin rejimi yumşaldılacaq? -    AÇIQLAMA
  31 İyul 2020    Oxunub:3357
İyun ayının sonundan etibarın koronavirusa yoluxanların sayında stabilləşmə, son həftələrdə azalma görünür.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, azalma məhdudiyyətlərin nəticəsində olub.

“Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Operativ Qərargahın hansı tədbirləri qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz diqqət etsək, yumşalmış rejimlə daha birlikdə yaşama şansımız ola bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Karantin   Yumşaldılma  





Xəbər lenti