TƏBİB: Ölkədə tibbi kadr çatışmazlığı yoxdur

      TƏBİB:    Ölkədə tibbi kadr çatışmazlığı yoxdur
  31 İyul 2020    Oxunub:4042
Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi təcrübə mübadiləsi ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada belə praktika var.

“Koronavirus xəstəliyi yeni olduğu üçün ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər iş başında praktikanın bölünməsinə, öyrənilməsinə çalışılır. Virusun özünü necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq. Lazım olarsa, daha çox həkim cəlb etməyə çalışacağıq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Həkim  





Xəbər lenti