“Bu gün yoluxmaların sayı stabildir” - Yaqut Qarayeva

 “Bu gün yoluxmaların sayı stabildir” -   Yaqut Qarayeva
  31 İyul 2020    Oxunub:4004
Koronavirusun özünü necə aparacağı, bununla bağlı proqnozların verilməsi çox çətindir. Biz ümidlə yanaşırdıq ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək.

Azvision.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün yoluxmaların sayı stabildir: “Stabil olmağa da davam edəcək. Buna uyğun hansı qərarların veriləcəyi isə artıq gələcəkdə müzakirə olunacaq məsələdir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Koronavirus   Yoluxma  





Xəbər lenti