Rayonlara gediş-gəlişin bərpası müzakirə olunur - RƏSMİ

 Rayonlara gediş-gəlişin bərpası müzakirə olunur -   RƏSMİ
  31 İyul 2020    Oxunub:11769
“Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.

Azvision.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.
"Çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir. Qərar qəbul olunan kimi ictimaiyyətə məlumat veriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Rayon  





Xəbər lenti