Azərbaycanda koronavirusdan daha 714 nəfər sağaldı

  31 İyul 2020    Oxunub : 8715
Azərbaycanda koronavirusdan daha 714 nəfər sağaldı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, 5 548 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

Azvision.az

Teqlər: COVID-19   Azərbaycan