Hərbçilər üçün bayram tədbiri təşkil olundu - VİDEO

Hərbçilər üçün bayram tədbiri təşkil olundu -    VİDEO
  31 İyul 2020    Oxunub:3757
İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.



Azvision.az



Teqlər: MN   Təlim  





Xəbər lenti