Siyəzəndə dağlıq ərazidə yanğın belə söndürüldü - VİDEO

Siyəzəndə dağlıq ərazidə yanğın belə söndürüldü -    VİDEO
  31 İyul 2020    Oxunub:4219
Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.
Azvision.az yanğının söndürülməsi əməliyyatından operativ görüntüləri təqdim edir:



Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti